Test Centre No. AZ010
 

IELTS testi üçün necə müraciət etmək lazımdır:

  1. ONLAYN qeydiyyatdan keçin, yaxud rəsmi IELTS Müraciət Formasını çap edin və doldurun. Müraciət Formasını www.ielts.az saytından yükləyə və ya GRBS®-in ofisindən götürə bilərsiniz.
  2. Öz təşkilatınızla Academic (Akademik) və ya General Training (Ümumi Təlim) imtahanında iştirak etməli olduğunuzu dəqiqləşdirin. Bu, Müraciət Formasında göstərilməlidir.
  3. Şəxsiyyətinizi təsdiq edən sənədi (pasport və ya şəxsiyyət vəsiqəsi) və onun surətini özünüzlə gətirin. Sənədin surətində sənədin hər iki üzü əks olunmalıdır. Xarici vətəndaşlar beynəlxalq pasport gətirməlidirlər.
  4. Testin qiyməti 205 AZN. Xahiş edirik diqqət etirəsiniz ki, son qeydiyyat tarixindən sonra testin qiyməti 220 AZN olacaqOnlayn şəkildə və ya bank vasitəsilə məbləğində ödəniş edin və bank ödənişi blankının surətini ofisimizə təqdim edin. Blankın “Ödənişin təyinatı” hissəsində namizədin adı, IELTS sözü və imtahan tarixi qeyd olunmalıdır.
  5. Siz həmçinin çap etdiyiniz Müraciət Formasını imzalayaraq, skanerdən keçirib şəxsiyyət vəsiqənizin surəti, şəkliniz və bank ödəniş blankı ilə birlikdə ielts@ielts.az elektron ünvanına göndərə bilərsiniz.

 

Ödənişi 5 gün ərzində həyata keçirin. Əgər 5 gün ərzində ödəniş etməsəniz, qeydiyyatınız avtomatik olaraq ləğv olunacaq.

Zəhmət olmasa, nəzərə alın ki, qeydiyyatdan keçmək üçün son tarix imtahan tarixindən 5 həftə əvvəldir. Əgər son qeydiyyat tarixindən sonra qeydiyyatdan keçmək istəyirsinizsə, zəhmət olmasa ofisimizlə   əlaqə saxlayın  .

 

Əlavə məlumat üçün IELTS Information for Candidates kitabçasına baxın.

 

Namizəd qeydiyyatdan keçdikdə biz onun IELTS imtahan tarixini, vaxtını və yerini təsdiqləyəcəyik.

 

Qeyd: Speaking testi imtahandan 7 günə qədər əvvəl və ya sonra ola bilər.

Namizədlə əlaqə saxlaya bilməyimiz üçün müraciət formasında mütləq namizədin cari elektron ünvanı və telefon nömrəsi göstərilməlidir.

 

Yaş məhdudiyyəti

IELTS imtahanı 16 yaşdan aşağı namizədlər üçün məsləhət görülmür. Lakin, istədikləri təqdirdə imtahan verə bilərlər.

 

Testin qiyməti: 205 AZN

İyun 2016-cı il tarixdən başlayaraq testlərin qiyməti 255 AZN təşkil edir. 

 

Ödənişin geri qaytarılması

  • Əgər namizəd öz qeydiyyatını imtahan tarixindən ən azı 5 həftə əvvəl ləğv edərsə, o, imtahan üçün etdiyi ödənişin 75%-ini geri alacaqdır.
  • Əgər namizəd öz qeydiyyatını imtahan tarixinə 5 həftə və ya daha az vaxt qalmış ləğv edərsə, o, qeydiyyatı ləğv etməklə bağlı müvafiq üzrlü səbəb göstərdiyi hal istisna olmaqla, heç bir geri ödəmə almayacaqdır. Üzrlü səbəbi olduğu təqdirdə, namizəd Request for Refund / Request for Test Date Transfer Formasını doldurmalı və qeydiyyatı ləğv etmə üçün üzrlü səbəbi sübut edən sənədi əlavə etməlidir. Qəbul edilə bilən sənədlərə ixtisaslı həkim tərəfindən verilmiş tibbi arayış, ölüm haqqında şəhadətnamə, polis idarəsindən alınmış sənəd və ya hərbi qulluq haqqında sənəd daxildir. Bu sənədlər imtahan gününə ən azı 5 gün qalmış imtahan mərkəzinə təqdim olunmalıdır. 
  • Əgər namizəd əvvəlcədən xəbər vermədən testə gəlməsə, bütün imtahan ödənişini itirəcək. Hərçənd, əgər o, imtahan tarixindən sonra 5 gün ərzində tibbi arayış təqdim etsə, ödənişinin 25%-i həcmində inzibati xərc tutulmaqla ödənişini geri alacaq.

 

İmtahan tarixinin dəyişdirilməsi

Namizəd imtahan tarixinə ən azı 5 həftə qalmış Request for Refund / Request for Test Date Transfer Formasını doldurmaqla bizi məlumatlandırdığı təqdirdə imtahan tarixini dəyişdirə bilər. Doldurulmuş forma İmtahan üçün Ödəniş Qəbzi ilə birlikdə IELTS Administratoruna təqdim edilməlidir. İmtahan tarixinin dəyişdirilməsi üçün namizəd 25 AZN məbləğində ödəniş etməlidir.

 

Yüklə:

 

Application Form

Information for candidates

Refund/Transfer form

Additional TRFs form

IELTS Enquiry on Results form

Official IELTS Practice Materials

  


How to complete the IELTS application form


77 Samad Vurgun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71 • E: ielts@ielts.az

© 2013- GRBS® INTERNATIONAL EXAMINATION CENTER

Join us on: